Dünyanın müxtəlif yerlərində yaşayan sənətkarların fikirlərini ən yaxşı ifadə etdikləri əsərlərini təqdim edirik:

1. Zenos Frudakis tərəfindən hazırlanan “Özgürlük heykəli” – Philadelphia, Pennsylvania, ABŞ

 

2. Rejissor Can Togay və heykəltəraş Gyula Pauer tərəfindən hazrılanmış “Tuna sahilindəki ayaqqabılar” əsəri. Budapeşt, Macarıstan. (II Dünya müharibəsində ölən yahudililərin xatirəsinə)

 

3. Louise Bourgeois tərəfindən hazırlanan “Maman” heykəli (Spiderwoman – yəni, hörümçək qadın). Çox ölkədə nümayiş etdirilib, hazırda Kanadadadır. (1o milyon dollar dəyərindədir)

 

4. Viktor Hulík tərəfindən hazırlanmış “İşləyən adam” heykəli. Bratislava, Slovakiya

5. Bu çox mənalı heykəldir. Müəllifini tapa bilmədim, üzrlü sayın. Yaponiyada yerləşdiyi deyilir.

 

6. Edward Delaney tərəfindən hazırlanmış “Qıtlıq” heykəli. İrlandiyada yerləşir.

 

7. Tamara Kvesitadze tərəfindən hazırlanmış “Kişi və Qadın” heykəli. Qurban Səidin “Əli və Nino” əsəri heykəlin hazırlamaq üçün Tamaraya ilham qaynağı olub. Axşam saat 19:00-da heykəllər hərəkət edərək, bir birinə yaxınlaşırlar (“qucaqlaşırlar”).

 

8. Jerzy Kalina tərəfindən hazırlanmış “Anonim insanların heykəli”. Vrotslav, Polşa.

 

9. Paige Bradley tərəfindən hazırlanmış “Expansion” heykəli (genişlənmə, böyümə, aydınlanma). Müxtəlif yerlərdə nümayiş etdirilib. Hazırda New Yorkdadır (ABŞ – bilməyən var sanki)

10. V. Siqal və M.Hüseynov tərəfindən hazırlanmış məşhur Sovet kəşfiyyatçısı Rixard Zorgenin heykəli. Bakı, Azərbaycan. (Zorge bağı)

 

Şərh yoxdur

Şərh yaz