Sosioloq Granovetterin işləyib-hazırladığı modeldir. İngiliscə – Threshold model. Davranış aktlarının necə kütləviləşdiyini və ya kütləviləşməsi üçün nələrin lazım gəldiyini izah edir.

Belə bir misal: olduğunuz qrupda (məsələn uinversitetdə) 30 nəfər var. Yeni dəb geyim görmüsüz, xoşlamısız, ancaq qrupda yaxşı qarşılanacağına əmin olmadığınız üçün alıb geyinmirsiz. Əksəradamlar belədir: yenilik risklə bağlı olduqa birinci olmaq istəməzlər. Tələbə yoldaşlarından başqa biriləri o geyimi ilk olaraq geyinsə və neçə nəfər geyinsə, bu sizin üçün kifayət olar? Bir nəfərin geyinməsi sizi də həmin paltarı alıb geymək üçün kifayətdirsə, sizin üçün astana 1-dir demək. İki nəfərin geyməsi lazımdırsa astana 2-dir demək və sair.

Başqalarının münasibətinin necə olacağını vecinə almadan istədiyini edən adamlar üçün astana 0-dır (sıfır). Yeniliyin işə düşməsi üçün cəmiyyətdə belə adamlar mütləq olmalıdır. Yeniliyin yayılması üçün astanası 2, 3, 4 və sair olan adamlar olmalıdır. Qrup misalında astanası 1 olan adam yoxdursa, bir nəfərin geyməsinə baxmayaraq digərləri geyinməyəcək. Astanası 1 olan varsa o da geyinəcək. 2 nəfərin geyinməsi astanası 2 olan adamı hərəkətə gətirəcək. Sonra 3, sonra 4 və sair. Domino effekti kimi, yəni. Domino düzülüşündə ortadakı daşlardan birini götürsəz, daşların bir-birini aşırması həmin yerdə dayanacaq. Geyinənlərin sayı çoxaldıqca, konformizm daha böyük güclə işə düşür və həmin geyimdəbədüşür.

İxtiyari kütləvilik halında astana orta hesabla 5 faiz götürülür. Məsələn, konsert zalında olan 500 adamdan 25-ni əvvəlcədən öyrətsələr ki, onlar qabaq yerlərdə bir-birinə yaxın otursunlar və ifadan sonra durub ayaq üstə alqışlasınlar, bu 25 nəfər qalan hamını ayağa qaldıra bilər. Hərçənd musiqi nömrəsi ayaq üstdə alqışlanmağa tam da layiq deyil, öyrədilmiş 25 nəfər olmasa ayağa qalxmazdılar.

Əlaqəli məqalə: Konformizm

Ruslan Köçərli | alberteyniseydi.com

Şərh yoxdur

Şərh yaz