1 həftə əvvəldən hazırlaşdığımız, oyun üçün cipsi və cola alıb oyunun ilk 5 dəqiqəsindən bitirdiyimiz, səsimizlə qonşunu digər şəhərə köçürdüyümüz o möhtəşəm idman növü olan Futbolun tarixi qəribə və maraqlı hadisələrlə doludur. Bu hadisələrdən bəzilərini təqdim edirik:

Real Madriddən Milana 11 milyon funt sterlinqə transfer olan Fernando Redondo çıxdığı ilk oyunun 3-cü dəqiqəsində zədələnir və zədəsi səbəbi ilə 2,5 il futboldan uzaq qalır. Özü başa düşən oğlan olan Redondo 2.74 milyon funt sterlinqini, evini və avtomobilini Milana geri vermək istəyir, amma klub da başa düşən klub olaraq bu təklifi geri çevirir.

 

1986 və 1990-cı illərdə keçirilən Dünya Kubokunda Argentina Milli Komandası futbolçularının toyuq yeməsini qadağan etmişdi. Çünki bunun uğursuzluq gətirdiyini düşünürdülər. İnancdı, hörmət edək.

 

Finlandiyalı futbolçu Pentti 1986-cı ildə öz qapısına 5 qol vurdu. Matçdan sonra komanda yoldaşları Penttiyə kompas hədiyyə etmişdilər.

 

İngilis futbolçu Paul Gascoigne hakimin düşürdüyü sarı kartı fırladıb özündə gizlədərək oyunun sonunda hakimə göstərmişdi. Hakim cibində qalmış digər kartı Paula göstərib, onu meydandan qovmuşdu. Paulun macəraları bununla bitərmi? Xeyr, bitmədi. Tv Kanalının aparıcısının sualına gəyirərək cavab vermiş və 9 min funt sterlinq pul cəzası almışdı.

Futbolda ən tez verilən qırmızı kartı oyunun 2-ci saniyəsində Hakimin anasını söyən Led Todd adlı futbolçu almışdı. Söyüş söyməsinin səbəbi kimi Led oyunun start fitinin çox yüksək səsli olmasını bildirmişdi.  Bu hadisə 2000-ci ildə Cross Park Farm Celtic və Taunton East Reach Wanderers klublarının qarşılaşmasında baş vermişdi. Klub adlarını oxumadan keçdinizsə zərər yoxdu, oxunacaq kimi deyil.

 

Hindistan 1950-ci ildə Dünya Kubokuna getməkdən imtina etmişdi. Çünki FİFA hindistanlı futbolçuların ayaqyalın oynamasına icazə verməmişdi. FİFA yaxşı hərəkət etməyib.

 

1998-ci ildə İngilis hakim Martin Sylvester futbolçuya yumruq atdığı üçün özünə qırmızı kart vermişdi.

1935-ci ildə Hitlerin yeyib-içib-yatan dövründə alman futbolçu Antoine Raab bir futbol görüşündə “Hitler salamı” vermədiyi üçün həbs olunmuşdu.

 

Sərt ikili mübarizədən sonra Hakimdən cərimə zərbəsi təyin etməsini istəyən Rizesporlu futbolçu Cumhur oyun zamanı rəqs eləmişdi. Səbəbini soruşanda, “Hakim oyna dedi, mən də oynadım” demişdi.

 

Narkotik istifadə etmədiyi halda istifadə etməklə günahlandırılan Robbie Fowler qol vurduqdan sonra əyilib ot örtüyündəki ağ xətti narkotik çəkirmiş kimi edərək azarkeşlərə unudulmaz bir cavab vermişdi. Bu hərəkət ona 60 000 Euro pul cəzasına başa gəlmişdi. Robbie Fowler Liverpulun əfsanəvi futbolçusu idi. Ləqəbi “Tanrı” idi. 1995-ci ildə İngiltərə Kuboku finalında 4 dəqiqədə Arsenala 3 qol vurmuşdu.

 

 

Manuel Nauerə künc zərbəsindən birbaşa qol vuran yeganə futbolçu Vaqif Cavadovdur. Manuel Nauer tez-tez o anları hələ də unuda bilmədiyini deyir.

 

Şərh yoxdur

Şərh yaz