Klassika yalanları

2266

İnsanlar ilk tanışlıq günlərində əks cinsin xoşuna gəlmək üçün çox vaxt müxtəlif yalanlar danışırlar. Bu, təbii hal sayılır. Britaniyalı psixoloqların araşdırma nəticələrinə görə, belə yalanların 70 faizi ondan ibarətdir ki, adamlar əks cinsin xoşuna gəlmək, yaxud onu bişirmək üçün klassik ədəbiyyat oxuduqlarını, klassik musiqilər dinlədiyini və digər klassik incəsənət (rəssamlıq və s.) növlərindən baş çıxardıqlarını, bunlara heyran olduqlarını deyirlər. Əslində isə onlar klassikadan səthi məlumatlıdılar.

Əksər hallarda qarşı tərəf bu cür yalanlara asanlıqla uyur. Çünki özü də səthi məlumatlıdır.

Niyə insanlar başqasının klassika vurğunu olmasına heyran olurlar? Çünki, özünü klassika vurğunu kimi göstərən bir adam özü barədə incə zövqlü, həssas, intelligent və sair yüksək məziyyətlər təsüratı yaradır.

Klassik musiqi konsertlərini, rəsm qalereyalarını, sərgiləri, muzeyləri milyonlarla insanlar ziyarət edir. Bəyəm onlar hamısı incəsənətdən başı çıxan, yüksək qiymət verən adamlardır?

1961-ci ildə Nyu-York rəsm muzeyində məhşur rəssam Anri Matissin “Qayıq” əsəri səhvən tərsinə asılmışdı. Yalnız 47 gündən sonra onun tərsinə asıldığı bilindi. 47 gün ərzində muzeyi 115 min adam ziyarət etmişdi.

2007-ci ildə məhşur skripkaçı Joshua Bell-in iştirakı ilə eksperiment aparıldı. Səhər çağı metro zalında adi küçə musiqiçisi geyimində 43 dəqiqə ərzində öz repertuartından ən yaxşı musiqi parçaları ifa etdi. Ordan keçən 1097 adamdan cəmi 7 nəfər ayaq saxlayıb qulaq asmışdı. Bellin konsertlərində adətən biletlər konsertə bir neçə gün qalmış tamam satılıb qurtarır, ən ucuz biletlər 100 dollar olmaqla.

Ruslan Köçərli | alberteyniseydi.com

Paylaş, dostum