Qarğa zəkası

Qara qarğalar həqiqətən ağıllıdır?

929

Qara rəngi və bərbad səsi ilə bəzi ölkələrdə uğursuz hesab edilən qarğalar həqiqətən ağıllıdır?

Şimpanze və delfinlərin ağıllı olması elm dünyası tərəfindən təsdiq olunub. Son illər aparılan tədqiqatlar göstərir ki, qarğalar da artıq bu heyvanlar sırasındadır. Nağıllarda bizə danışılanlardan fərqli olaraq, qarğalar olduqca ağıllı heyvanlardır. Belə ki, 40-dan çox növü olan qarğaların beyni ilə digər quşların beynindən fərqlənir. Qarğa beyni insan beyninə bənzədiyi üçün ağıllı hərəkətlər edir.

Oksford Universitetinin apardığı araşdırmalar qarğaların ağılı heyvan olduğunu sübut edir. Nazik, uzun bir borunun içinə qida, borunun yanına da uzun tel qoyulur. Qarğa teli alıb ucunu çəngəl şəklinə gətirir, daha sonra onu borunun içinə daxil edərək qidanı asan şəkildə oradan çıxarır. Daha öncə başqa heyvanlar üzərində tədbiq edilən bu təcrübə, sadəcə qarğalar üzərində uğurlu alınır.

Ağıl savaşında qarğa, balaca bir məktəbli uşağı geridə qoya bilərmi? Tez, yox cavabı verməyin. Araşdırma nəticəsində məlum olub ki, qarğa, 5 yaşındakı uşaqların beynini dumanlandıran bir problemi çox asan şəkildə həll edir.

Qarğaların diqqət çəkən zəkaya sahib olmaları vaxtilə yunanlar tərəfindən də bilinirdi. Bu barədə Ezopun hekayələrində maraqlı məqamlara rast gəlmək mümkündür. Bu hekayələrin birində susayan bir qarğanın qabın dibindəki suya daş ataraq onu yüksəldib içdiyinin şahidi oluruq.

Kitty adlı Yeni Kledoniyada yaşayan bir qarğa, içərisində az miqdarda su olan qaba daş atarsa, suyun yüksələcəyini və qabdakı ət parçasının yüksələrək yeyə biləcəyini anlamışdı. Bu proses divardakı düyməni basan zaman tavanda işığın yanması ilə eyni anlama gəlir. Ona görə də, qarğalar, quş dünyasının Enşteynləri hesab edilir.

Gəlin, həmin təcrübəyə birlikdə baxaq.

Mənbə: atv

Paylaş, dostum