Çirlider effekti

1514

Sifətcə nisbətən bənzər olan yaraşıqlı adamlar qrup halında (fotoda, videoda, həyatda) olduqda bu qrupun üzvləri daha cəlbedici görünür, nəinki onlara təklikdə baxanda. Məsələn, qəşəng qızlar və ya oğlanlar qrup halında olduqda daha yaraşıqlı görünürlər, təklikdə görünənlə müqayisədə.

Kaliforniya universitetinin araşdırmaçıları bu fenomeninin eksperimental təsdiqini almaq üçün 130 nəfərlə təcrübə aparmış, bu adamlara 300 nəfərin fotolarına baxıb qiymətləndirməyi təklif etmişdilər. Əvvəlcə qrup halında olan fotolar, bundan sonra, qrupdakı adamların ayrıca fotoları təqdim olundu. Müəyyən oldu ki, tam əksəriyyət hallarda adamlar konkret şəxsin qrup fotosunda daha yaraşıqlı bir adam olduğunu hesab edirlər.

moda006

İzahı belədir ki, xarici görünüşcə oxşar olan nisbətən yaraşıqlı bir qrup adama baxan zaman, bizim beynimiz onların oxşar əlamətlərini ümumiləşdirir, “ortaq” obrazlar yaradır. Həmin adamlarda olan yaxşı mənada cəlbedici əlamətləri görür, onların hər birində ayrılıqda olan qüsurları isə gözardı edir. Yəni, müəyyən qədər illüziya yaranır bu halda. Əks effekt də özünü doğruldur. Fotodakı adamlar hamısı çirkindirsə, onlar təklikdə baxışla müqayisədə qrup halında daha çirkin görünürlər. Çünki beyin bu halda pis cəhətdən cəlbedici olan əlamətləri ümumiləşdirir.

Bir qrup çinlinin fotolarına baxarkən yaranan təəsüratı yada salın. Adama elə gəlir ki, onlar bir-birinə çox oxşayır. Çinlilər də eyni fikri bizim barəmizdə deyirlər. Çünki onlara qrup halında baxdıqda beynimiz onların oxşar əlamətlərini ümumiləşdirir, əslində olduğundan daha oxşarmış kimi illüziya yaradır.

Çirlider effekti şou-biznesdə geniş istifadə olunur. Qrup halında oxuyan oğlanlar, qızlar, yaxud rəqs qrupları, qrup fotoları və s. təqdimatları daha cazibədar etməkdə işə yarayır.

Ruslan Köçərli | alberteyniseydi.com

Paylaş, dostum