Kulic effekti

Kişilərin gözü niyə doymur?

2301

Biologiya və psixologiyada “Kulic efektinin” ifadə etdiyi fenomen ondan ibarətdir ki, erkək fərdlər cütləşməyə hazır olan yeni-yeni dişi fərdlərlə rastlaşdıqca onların cinsi aktivliyi yüksəlir və ya yüksək səviyyədə qalır. Sınaq olunan bütün heyvanlarla bağlı özünü doğruldub.

Yeni dişi fərdlə rastlaşma erkək fərdin beynində dofamin neyromediatorunun ifrazında artıma, bununla da limbik sistemin yenidən və yenidən fəallaşmasına səbəb olur. Bundan sonra erkəklər yalnız yeni dişi ilə deyil, həmçinin əvvəlki dişilərlə cütləşmə potensialını da yüksək səviyyədə saxlayırlar. Laster və Qorzalka bu fenomenin dişilərdə necə təzahür olunduğunu yoxlamaq üçün eksperimentlər aparmış, onun dişilərə də aid olduğunu (lakin erkəklər qədər deyil) aşkar etmişlər.

coolidgeltgov

Fenomenin “Kulic effekti” adlanması bu lətifə ilə bağlıdır:
1920-lərdə ABŞ prezidenti olmuş Kalvin Kulic arvadı ilə birlikdə toyuq fermasını ziyarət edən zaman xanım Kulic fermerdən soruşur:
– necə olur ki, az sayda xoruz bu qədər toyuğun mayalı yumurta verməsini təmin edə bilirlər?
Fermer:
– xoruzlar hər biri öz funksiyasını gün ərzində yüz dəfələrlə yerinə yetirirlər, ona görə.
Bu cavabı eşidən xanım Kulic zarafatla deyir:
– Siz bunu cənab Kulicə izah etsəz, pis olmaz.
Bunu eşidən prezident fermerdən soruşur:
– xoruzlar hər dəfə eyni bir toyuğu mayalandırır?
Fermer:
– xeyr, hər xoruza çox sayda toyuq düşür.
Prezident:
– Siz bunu xanım Kulicə izah etsəz, pis olmaz.

Ruslan Köçərli | alberteyniseydi.com

Paylaş, dostum