Öz oğlunun qolunu qıran diktator

2326

Subha adlı qadın 7 aylıq hamilə olarkən həyat yoldaşı ömüşdü. Tək başına qalan qadın uşağı dünyaya gətirmək istəmirdi. Hətta bir dəfə qarnını divara da vurmuşdu. Amma nəticə olaraq o uşağı dünyaya gətirdi və hər şey bundan sonra başladı…

Əsl adı – Saddam Hüseyin Abdülmecid El-Tikriti

Səddam dayısı sayəsində böyüdü. Dayısı onun beynini uşaqlıqdan zəfər xəyalları ilə doldurmağa başladı. 10 yaşında olarkən dayısı onun əlinə silah verdi və ilk cinayətini də 10 yaşında törətdi. Səddam 19 yaşında ölkənin ən radikal partiyasına üzv oldu və İraqın yeni diktatoruna sui-qəsd hazırlayan qrupun üzvü oldu. Sui-qəsd planı baş tutmadı və Səddam Qahirəyə qaçdı. 22 yaşında onun adı axtarışda olanlar siyahısında idi. 1964-cü ildə o həbs edildi. 2 il həbs yatan Səddam üzvü olduğu radikal partiyanın hakimiyyətə necə gələ biləcəyini düşündü. 1966-cı ildə o dostları ilə həbsxanadan qaçdı və bununla da partiyanın əsas adamı olma mərtəbəsinə yüksəldi. 1968-ci ildəki hərbi qiyamda iştirak etdi. Səddam qohumu olan baş nazirin köməkçisi oldu. Hakimiyyətə gəldikdən sonra İraqlı yəhudilər edam edildi və bu bayram kimi qəbul edildi. O 1979-cu ildə İraqda hakimiyyətə gəldi.

5 gün sonra o nəhəng bir zalda tədbir keçirdi. Baş verənləri qeydə almaq üçün kameralar sifariş edildi. Səddam zalda oturanlar arasında xainlərin olduğunu dedi və bir-bir adlar oxundu. Adlar oxunduqca həmin şəxslər elə bir başa zalda polis tərəfindən həbs edildi. Zaldakıları həyəcandan tər basmışdı. Nəhəng zalda yalnız Səddam gülürdü. Bir gün sonra görüntülər bütün İraqda yayıldı. Bununlda da Səddamın öz sonunu da gətirəcək ilk qorxu toxumları səpildi.

1980-ci ildə İraq İranı işğal etdi. Neftdən gələn gəlirlər sayəsində qısa bir zamanda öz gücünü daha da artırdı. Bütün diktatorlar kimi, iqtidarına qanla başladı. İran-İraq müharibəsində əlini qana batırdı. İranı bir neçə həftəyə işğal edəcəyini düşünən Səddam yanıldı. 3 il sonra ilk dəfə dilindən barış cümlələri töküldü. Səhiyyə naziri müharibənin başa çatması üçün Səddama vəzifəsindən getməyi təklif etdi. Səddam nazirə təşəkkür edərək onu həbs etdirdi. Sabahı gün səhiyyə nazirinin arvadı Səddamdan ərini sərbəst buraxılmasını xahiş etdi. Səddam da qadına ərinin azad ediləcəyi ilə bağlı “kişi sözü” verdi.

Ertəsi gün nazirin tikə-tikə doğranmış cəsədi qara bir parçaya bükülmüş formada qadına təhvil verildi.

Səddam İran-İraq müharibəsinin sonuna yaxın böyük bir qətliam törətdi. Ölkənin şimalında yaşayan kürtlərin üzərinə kimyasal bombalar və sinir qazı atıldı. 100 min insan yerindəcə öldü, minlərlə insan yaralandı.

Müharibə bitdikdən sonra Səddam bir qadınla münasibətə başladı. Oğlu Uday bunu anasına təhqir olaraq qəbul etdi və dərman ataraq intihara cəhd etdi. Diktator oğlunun olduğu xəstəxanaya gəldi və oğlu Udayın qolunu qırdı. Uday 45 gün həbsxanada qaldı.

Bu hadisədən sonra ölkədə qorxu daha da kök saldı. Öz oğlunun qolunu qıran diktator bütün müxalifətə qan qusdurdu. Hər ay ən azı min nəfər etiraz etdiyi üçün öldürülürdü.
İran-İraq müharibəsində zəifləyən İraq, gözünü neft zəngini Kuveytə dikdi.

Müharibə bitdikdən 2 il sonra diktator yenə qan və daha çox güc istədi. Minlərlə əsgər Kuveyt sərhədinə yığıldı. O bir daha böyük ölkələrə Kuveytə hücum etməyəcəyi ilə bağlı “Kişi sözü” verdi.

image1433835985-32743-placeid-0_s1000x650
1 avqust 1990-cı il günortadan sonra Səddam Hüseyn Küveyt əmirinə telefonla zəng vurdu.

– İşlərin necədir, şeyx Cabir?
– Allaha şükür, özümü yaxşı hiss edirəm, artıq nahar etmişəm
– Allaha and olsun ki, sən sabah Küveytdə səhər yeməyini yeməyəcəksən

Səddamın dediyi kimi oldu.

2 avqust 1990-cı ildə İraq ordusu 120 min əsgəri və 350 tankla Küveyt ərazisinə daxil oldu. Küveyt şeyxi Səudiyyə Ərəbistanına qaçdı. 6 gün sonra Küveyt tamamilə işğal edildi və İraqın 19-cu əyaləti elan edildi. Dünya ölkələri işğalı dayandırmağı və üzr istəməyi İraqdan tələb etdilər.

Səddam Hüseyn yalnız 2002-ci ildə bu addımına görə üzr istədi.

Amma üzrü qəbul edilmədi. Ömrünün sonunadək bombalanma qorxusu üzündən tez-tez yerini dəyişdirdi. Bəzən elə olurdu ki, bir ay ərzində hər gecə ayrı yerdə qalırdı. Bu illər ərzində diktator sərvətini artırdı. İraqın ambargo altında əzilməsinə baxmayaraq Bahamadakı “Banca del Gostardo” bankındakı 70513 nömrəli “Şeytan” kod adlı hesaba milyonlarla dollar köçürüldü. Səddam bu pullarla 50 nəhəng saray inşa etdi. Oğlu Uday, aralarında “Rolls Royce Corniche” kimi məşhur markaların da olduğu bir sürü avtomobil aldı. Səddam qızıl və briliantlarını Tailandda gizlətdi. Uday vasitəsiylə 750 min dollarlıq bir briliantı Tailanda göndərmişdi.

Dünyanın 50 bankında milyardlarla dollar yığıldı.

İllərdir sürən qorxu, qəddarlıq və yalan 2003-ci ilədək çəkdi. Dünya ölkələri Səddama 48 saat vaxt verdi. Koalisiya gücləri Bağdata girdi. Qorxuya qalib gələn xalq 9 aprel tarixində Səddamın heykəli devirdi. Səddamı özü isə bir kənddə yerin altında, girişi 91 sm olan bir yerdə gizlənmişdi və yanında içərisində 750 min dollar olan yaşıl bir qutu var idi. Dünyanın ən qəddar diktatorlarından biri tutulmuşdu.

Minlərlə insanın ölümünə səbəb olan Səddam Hüseyn 30 dekbar 2006-cı ildə səhər saat 06:00 radələrində Bağdatda asılaraq edam edildi. Rumıniya diktatoru Çauşevski kimi 24 il hakimiyyətdə olan Səddamın sonu özünün yaratdığı qorxu oldu.
Qorxu sona doğru atılmış ən böyük addımdır…

Paylaş, dostum