Yastığın dostluğu

Əksər insanlar yataq yerini dəyişəndə narahat yatırlar

945

Əksər insanlar yataq yerini dəyişəndə narahat yatırlar. Duranda yaxşı yatmayıb kimi hissiyat olur. Yeni yataq həmişəki yataqdan faktiki rahat ola bilər, ancaq məsələ yatağın fiziki rahatlığında deyil.

Alimlər bunun səbəbini öyrənmək üçün son texnologiyalarla araşdrıma aparıblar. Müəyyən olunub ki, başqa yerdə yatan zaman beyinin sol yarımkürəsi adəti yerdə yatmaqla müqayisədə daha aktiv çalışır. Orda “gecə gözətçiliyi” edən neyronal şəbəkələr var, hansı ki, yatan zaman ətrafdan alınan siqnalları işləməklə məşğuldular. Yuxu zamanı siqnallar bütün duyğu üzvlərindən alınmaqda davam edir. Adəti yerdə yatarkən beyin bu siqnallara öyrəşib, onların təhlükəli olmadığını bilir. Yeni yataqda alınan yeni siqnallar isə belə deyil. Onların hər hansı biri potensial təhlükədən xəbər verə bilər.

Birinci gecədən fərqli olaraq, yeni yataqda ikinci gecə yatanların beyin aktivliyinin ölçülməsi göstərdi ki, sol yarımkürədə birinci gecə olan səviyyədə aktivlik yoxdur. Yəni, beyin yeni yataq yerinin siqnallarına artıq öyrəşib.

Yuxu zamanı beyin ilk növbədə iy və səs siqnallarına diqqət yetirir. Eksperiment zamanı bəzi adamlara yeni yataqda öz (həmişəki) yastıqları ilə yatmaq təklif olundu. Müəyyən edildi ki, onlarda beyinin yuxu zamanı aktivliyi adətən olana yaxındır. Çünki, yastığın iyi və fiziki parametrləri beyin üçün arxayınlıq faktorudur, yataq yeni olsa da, beynin yastıqdan həmişəki yataq yerinin siqnalları alır. Belə demək mümkünsə, yastığa aldanır.

Ruslan Köçərli | alberteyniseydi.com

Paylaş, dostum