Albert Eynşteyndən psixoloji məzmunlu sitatlar

1762

Bir şeyi sadə dillə ifadə edə bilmirsənsə, deməli yaxşı anlamamısan.

Problemi həll etməyə çalışarkən onu yaradanların ağlı ilə fikirləşsən həll edə bilmərsən.

Eyni şeyi təkrar-təkar edib fərqli nəticələr gözləmək səfehlikdir.

İrəli zəkalar həmişə geri zəkaların şiddətli müqaviməti ilə üzləşir.

Zorakılıq – əxlaq səviyyəsi düşük olanlar üçün həmişə cəlbedicidir.

İnsan mövcud olan şeylərin arxasınca getməli, mövcud olmasını gərəkli saydığı şeylərin deyil.

Çox oxuyan fəqət ağlını az işlədən adamda düşüncə təmbəlliyinin yaranması qaçılmazdır.

Müəllimin başlıca vəzifəsi odur ki, şagirdə öyrənməkdən həzz almaq bacarığı aşılasın.

Təhsil – məktəbdə öyrəndiklərimizin heç vaxt unudulmayan qismidir.

Orta məktəbin başlıca məqsədişəxsiyyət yetişdirmək olmalıdır, mütəxəssis yox.

Məntiq sizi A-dan B-yə götürər, xəyal gücü isə hər yerə.

Yaxşı həyat sürmək istəyirsinizsə məqsədlərə bağlı olmalısız, insanlara və ya əşyalara deyil

Sonsuz olan iki şey var: Kainat və axmaqlıq. Hərçənd birincisindən tam da əmin deyiləm.

Alim öz səhvini aşkar etdikdə quzuya, başqa alimin səhvini aşkar etdikdə şirə dönər.

Avtoritetlərə olan nifrətimə görə məni cəzalandırmaq üçün tale mənim özümü avtoritet elədi.

Ölümə nə vaxtsa mütləq qaytarmalı olduğum köhnə borc kimi baxmağı öyrəndim.

İntellekti ilahiləşdirməyə dəyməz. Onun qüdrətli əzələləri var fəqət siması yoxdur.

Həqiqətin nədən ibarət olduğunu aşkar etmək çox çətindir, hərçənd yalanı çox vaxt asanca görmək olur.

Möcüzələrlə bağlı məsələyə yanaşmada ikisindən birini seçin: birincisi, heç bir möcüzə yoxdur; ikincisi, ətrafda olan hər şey möcüzədir.

İnsanlar sadəcə cəza qorxusundan və ya mükafat almaq üçün yaxşılıq edirsə, gerçəkdən acınacaqlı bir toplumda yaşayırıq demək.

Gerçək böyüklüyə yalnız bir yol aparır və bu yol zəhmətdən keçir.

Gerçəklik illüziyadır, amma çox sabit illüziya.

Hər şey mümkün olduğu qədər sadə izah edilməlidir, lakin bayağı şəkil almadan.

Kiçik məsələlərdə həqiqətləri vecinə almayan insanlara böyük məsələlərdə güvənməyin.

Həyat – velosiped sürmək kimidir, tarazlığı saxlamaq üçün daima güc sərf etməlisən.

Öz sərhədlərini bir kərə aşan idrak əvvəlki vəziyyətə heç vaxt qayıtmaz.

Heç vaxt səhv etməyən insan heç vaxt yenilik cəhdi etməmiş demək.

Sorğulamağı heç vaxt tərgitməyin. Bilmək ehtirası insanda əbəs yerə deyil.

Dünya ona görə təhlükəli deyil ki, bir çox insanlar bədxahlıqla məşğuldur, ona görə təhlükəlidir ki, başqa insanlar bunu görür və qarşısını almaq üçün heç nə etmirlər.

Bəşəriyyətin gerçəkdən tərəqqi etməsi üçün, ixtiraçı ağıldan daha çox mərifətə ehtiyac var.

Ruslan Köçərli | alberteyniseydi.com

Paylaş, dostum