Mübarizə möcüzə yaradır

Sol ayağını istifadə edərək yazdığı əsərlər onun dünya səviyyəsində bir məhşurluğa qovuşmasını təmin etmişdi.

596
Christy Brown 1932-ci ildə 22 uşaqlı bir ailənin həyatda qala bilən 13 uşağından biri olaraq Dublində dünyaya gəlmişdi.
 
Beyin iflici ilə dünyaya gəlmişdi. Həkimlər, başlanğıcda C.Brownun zehni olaraq məhdud olduğunu düşünmüşdülər və öləcəyini demişdilər. Lakin, anası həkimlərin sözünə qulaq asmadan, oğlunu yaşada biləcəyinə və ona təhsil verə biləcəyinə inanırdı.
c1ab835b2c887dd267495f975163f6c1
 
Anasının bu mübarizəsi nəticə verdi və Brown sol ayağını istifadə edərək yazmağı və şəkil çəkməyi bacardı. Danışmağa başlaması ilə birlikdə, yazıçı daha rahat hərəkət edə bilirdi.
 
Həyatı boyu köməyə möhtac olaraq yaşaması onun İrlandiyanın tanınmış yazıçılarından biri olmasına mane ola bilmədi. Sol ayağını istifadə edərək yazdığı əsərlər onun dünya səviyyəsində bir məşhurluğa qovuşmasını təmin etmişdi.
 
Öz həyat hekayəsini yazdığı Sol Ayağım (My Left Foot) adlı əsərinə film çəkilib. Bu tərzdə yazdığı digər kitabı Down All The Days ən çox satanlar siyahısına daxil olmuşdur.
 
Londona etdiyi bir neçə ziyarət xaricində bir dəfə də Amerikaya gedən yazıçı, bütün həyatını Dublində keçirmişdi.
Christy Brown 1981-ci ildə öldü. Christy Brown həyat hekayəsinin olduğu Sol Ayağım kitabında anasına tez-tez təşəkkür edir, ailəsinin onunla həmişə qürur duyduğunu ifadə edirdi.
Sizə “bacarmazsan” deyənləri dinləməyin. Mübarizə aparın.
Paylaş, dostum