Şoppinq maniyası

Narkoman narkotiksiz qala bilmədiyi kimi, bunlar da hər gün nələrsə almadan dura bilmirlər

386

Şoppinq maniyası psixi pozunutu növü sayılır. Belə adamlar market və bazarlarda saatlara vaxt keçirməyə, lazımlı lazımsız olmasına baxmadan mal almağa maniyakal dərəcədə meyllidilər. Narkoman narkotiksiz qala bilmədiyi kimi, bunlar da hər gün nələrsə almadan dura bilmirlər. Alış üçün pul olmadıqda mütləq hardansa tapmağa çalışır, hətta oğurluq ya başqa cinayətlər törədirlər.

upload_article__0_0_alisveris_bagimliligi

Amerikada ailəli bir qadının törətdiyi cinayətlərin istintaqında müyyən olundu ki, bu adam şirkət yaradıb, iri şirkətlərin mühasibatlığına guya nəsə xidmətlər göstərilməsi barədə saxta ödəniş tələbnamələri göndərirmiş. İri şirkətlər üçün bunlar xırda məbləğlər olduğundan, diqqət etmədən ödəyirmişlər. Bu yolla 4 milyon dollar pul ələ keçirmişdi.

Qadının bu pulu hara sərf etdiyini araşdıranda təhqiqatçılar qəribə faktlarla rastlaşdılar. Polislər evə baxış keçirəndə gördülər ki, otaqlar kukla, suvenir və digər belə şeylərlə doludur. Həmçinin müəyən olundu ki, qadın bu neçə illər ərzində 30 ədəd avtomobil alıb, qarajlar icarəyə götürüb orda saxlayır. Maşınların hər birini bircə dəfə sürüb, o da salondan alıb qaraja gətirəndə. Bahalı pianolar və digər predmetlər alıb, hansı ki, qadının uşaqlıqda arzuladığı şeylər idi.

İstintaqa verdiyi ifadədə deyib ki, mən bilirdim günlərin birində tutulacağımı. Amma özümü heç cür saxlaya bilmirdim. Mal almaq mənim üçün nəfəs almaq kimi vacib idi. Mal almayan günləri gecələr yata bilmirdim.

almanyada-kafalari-karistiran-sivil-savunma-stratejisi-28469

Statistika göstərir ki, son onilliklər yüksək rifahlı ölkələrdə şoppinq azarkeşliyinə tutulan adamların sayı ildən ilə artır. Əksər adamlarda belə azarkeşlik psixi pozuntu səviyyəsində deyil, ancaq böyük məbləğli israfçılıqla müşayiət olunur. Məsələn, Avropa Birliyi ölkələrində hər il 90 milyon ton qida məhsulu yararlıq müddəti keçdiyinə görə zibilə çevrilir. Bunun az qismi məhsulun yararlıq müddəti ərzində satılmadığına görədisə, çox qismi ona görədi ki, istehlakçılar təlabatdan artıq ərzaq alır, yararlıq müddətində yeyib çatdıra bilmir, atmalı olurlar.

Bu, milyardlarla pulun zibilxanaya atılması deməkdir. Bu pullar xeyriyyə işlərinə yönəldilsəydi dünyada aclıqdan əziyyət çəkənlər, aclıqdan ölənlər olmazdı.

Mütəxəssislər deyir ki, Avropa əhalisi üçün şoppinq sadəcə real təlabatı ödəmək məsələsi deyil, həm də şoppinq prosesindən zövq almaq, stress atmaq, vaxtı əyləncəli keçirmək, rahatlanmaq məsələsidir. Mağazaya girir, arabanı götürür, rəflərdə xoşuna gələn nə görürsə doldurur arabaya. Və sonra bunların bir qismini yararlıq müddəti ərzində çatdırıb istifadə edə bilmədiyinə görə atmalı olurlar.

Ruslan Köçərli | alberteyniseydi.com

Paylaş, dostum