Meşə testi

6888

Bu testi keçmək üçün cavabları bir-bir qeyd etmək gərəkdir. Suala verdiyin cavab, ilk ağıla gələn cavab olmalıdır. Bu test şüuraltını yoxlayır. Cavabları götür-qoy edəcəksənsə, test alınmayacaq.

 

SUALLAR:
1. Gözəl bir meşədə gəzirsən. Ətraf aləm sənə həzz yaşadır… Yanında olan adam kimdir?

2. Ağaclar arasında qəfil bir heyvana gözün sataşır… Hansı heyvandır?

3. Heyvanı görən anda nə etdin?

4. Meşəni gəzə-gəzə talaya çıxmaqdasan. Bir neçə addım da atıb, qarşında arzularında olan evi görürsən… Ev nə boydadır?

5. Evin hasarı varmı?

6. Evə daxil olur, yemək otağına keçirsən… Otaqda və stolun üstündə nələr gördün?

7. Evin bayır yanına keçirsən. Otluqda düşüb qalmış fincan görürsən… Fincan hansı materialdandır?

8. Fincanı görərkən nə etdin?

9. Yola davam edirsən, qarşına su çıxır… Nə su mənbəyidir o?

10. Su hövzəsini keçməlisən, bunun üçün hansı üsulu seçərdin?

cucamanga-forest-man-beard-face-oil-02
Verdiyin cavablar sənin dəyərlər və ideallar sistemini göstərir:

1. Yanında olması ilk ağlına gəlmiş adam sənin üçün həyatda ən vacib adamdır.

2. Gördüyün heyvan böyük ölçülüdürsə, sənin böyük sandığın problemlərin var, yaşamaq ağır gəlir.

3. Gözlənilməz qarşılaşmaya verdiyin reaksiyanın necə olması sənin həyatda problemlərin həllinə yanaşma tərzini göstərir: problemin həllində fəalsan; passivsən; yubadırsan; yaxud göz yumursan.

4. Gördüyün evin ölçüsü arzuların ölçüsündən xəbər verir. Çox böyük ev təsəvvür etdinsə, həyatdan utopik gözləntilərin var. Ev kiçiksə, həyatdan gözləntilərin yığcam və deməli reallaşa biləndir.

5. Hasar yoxdursa, sən dünyaya açıq və daxilən azad adamsan. Hasar varsa: qapalısan, ünsiyyətə can atmırsan, adamlarla münasibətdə gen məsafə saxlamağa üstünlük verirsən.

6. Otaqda yaxın adamlar, stolun üstündə xoşladığın yeməklər görmədinsə: özünü bədbəxt adam sayırsan. Stolun üstündə xoşladığın yeməklər gördünsə, əksinə, özünü məsud sayırsan.

7. Fincan möhkəm və uzunömürlü materialdırsa: öz ailə və ya sevgi münsibətlərinin möhkəm olması fikrindəsən. Fincan tez sınan materaldırsa, bu münasibətlərin möhkəm olmadığına görə narahtlığın var.

8. Fincana olan münasibətin, birinci bəndin cavabı olan adama münasibətinə uyğundur.

9. Su hövzəsinin böyük ya kiçik olması, sənin sevgi və cinsi ehtirasların həcmindən xəbər verir.

10. Suyu keçmək üçün seçdiyin üsul islanmağa səbəb olursa, sevgi və seksə ciddi önəm verən adamsan.

Ruslan Köçərli | alberteyniseydi.com

Paylaş, dostum