Tapılan yeni sümüklər atalarımızın “insan əti” ilə qidalandığını göstərdi

1000

Belçikanın Goyet qəsəbəsində yerləşən mağaradan tapılan insan sümükləri atalarımızın insan ətiylə bəsləndiyi həqiqətini ortaya çıxarıb.

Neandertallar günümüzdən təxminən 28 min ilə 200 min il əvvəl yaşamış insan növüdür və bizə ən yaxın insan növü olaraq tanınırlar. Əksəriyyəti Avropada yaşadığı təxmin edilən Neandertalların ən qədim qalıqları da Fransanın cənubundakı bir mağarada kəşf edilmişdi.

Belçikanın Goyet qəsəbəsindəki mağaradan çıxarılan sümüklər 40 min il əvvəl yaşamış bir körpəyə, bir uşağa və dörd yetkin insana aiddir. Araşdırmalar sümüklərin parçalarına ayrıldığını və içlərindəki iliyin belə çıxarıldığını göstərir. Tapıntılar hazırda ürküdücü bir həqiqəti ortaya çıxarır: Neandertallar yalnız maral ətiylə deyil, eyni zamanda bir-birlərinin ətlərini də yeyərək yaşayırmışlar. Bu sümüklər Neandertalların dünya üzərindəki son zamanlarına aid bir dəlildir.

Kaliforniya Əyalət Universitetindən Helene Rougier araşdırma üçün hazırlanan qrupla birlikdə bu sümüklər üzərində araşdırma aparır.

Paylaş, dostum