Andes qəzası

Həyatda qalmaq üçün görülən ən müthiş mübarizələrdən biri

1873

800px-la_cordillere_des_andes-2Tarix: 12 oktyabr 1972 – 45 il əvvəl Uruqvaydan Çiliyə gedən Fairchild FH- 227D təyyarəsi “Old Christians ” adlı reqbi komandasını Çilinin Santiaqo şəhərində keçiriləcək qarşılaşmaya aparırdı. Fırtınalı hava şəraiti səbəbi ilə təyyarə Argentinada eniş edir. 1 gün sonra 13 oktyabrda cümə günü yenidən Çiliyə səfər etmək üçün yola çıxır. Təyyarənin pilotu Çilinin Curicó şəhəri üzərində olduğunu bildirmiş və eniş üçün icazə istəmişdi. Bulud örtüyünün içindən keçərək alçalmağa başlayan təyyarən bir müddət sonra 4200 metrlik Cerro Seler zirvəsi ilə toqquşur. Toqquşmada təyyarənin sağ qanadı qopur az sonra isə növbəti zirvəyə sol qanadını da qurban verir və gözlənilən qəza baş verir. Nəhayət təyyarənin gövdəsi zirvənin dik yamacında dayana bilir.

article-2217141-157bec23000005dc-399_634x389-1

Təyyarədə olan 45 nəfərdən 12-si elə qəza anında həyatlarını itirirlər. Hadisənin ertəsi günü yaralılardan 5-i həyatını itirir. 8 gün sonra isə digər 1 yaralı. Digər 27 nəfər bu soyuq havada möhtəşəm mübarizəyə başlayırlar.

Hadisənin 16-cı günündə qar uçqunu nəticəsində 8 nəfər də həyatını itirir.

Adamların heç bir tibbi vəsaitləri yox idi, qidaları isə bir neçə şokolad , çərəz və bir neçə şüşə də şərab idi. Reqbi komandası əsl komanda kimi mübarizə aparır, əldə qalan məhdud qidaları aralarında qənaətlə paylaşıb, həyatda qalmağa çalışırlar. Qarı əridərək su əldə etdilər. Nə qədər ehtiyatla davransalar da qısa müddətdə qidaları bitir. Qarla örtülü 4200 metrlik bu soyuq zirvədə isə nə canlılar yaşayır, nə də qar örtüyü var.

Günlər keçdikcə aclıq və soyuq dözülməz olur və komanda dəhşətli bir qərar verməyə məcbur olur. Komanda yoldaşlarının cəsədlərini yemək.

Bu inanılmaz qərarı çətinliklər verirlər. Ölən insanlar bu insanların sinif yoldaşları və dostları idi. Necə çətin olduğunu təsəvvür edin. Əvvəlcə bu qərara gör çətinlik çəkənlər də günlər içində buna öyrəşdilər və sağ qalmaq üçün dostlarının cəsədlərini yedilər.

Adamlar 60 gün həmin zirvədə qaldılar. Bu müddət ərzində cəsədlər də tükənirdi. 3 nəfər aclıqdan və soyuqdan həyatlarını itirdilər. 16 nəfər qaldı geriyə.

Təyyarə 3 ölkənin xilasetmə xidmətləri tərəfindən axtarılırdı. 60-cı gündə radiodan xilasetmə işlərinin dayandırıldığı xəbərini aldılar. Ümidsizlik içərisində qalsalar da. 61-ci gün yeni bir qərar verdilər. Komandadan 2 nəfər zirvəni aşmağa başladı. Günlərlə yol getdilər. Nəhayət, dağ kəndliləri ilə qarşılaşan bu 2 adam məsələni izah edib dəstək çağırtdırdılar. 3 gün içərisində 70,71 və 72-ci günlərdə digər 14 nəfər də helikopterlər ilə xilas edildi.

_73515464_andes

 

Komandadan olan Nando Parrado Miracle in the Andes: 72 Days on the Mountain and My Long Trek Home kitabında o inanılmaz qərarı belə şərh edir:

“İkinci böyük çətinlik, xüsusilə də gün batımında sonra soyuqdan özümüzü qorumaq idi. İlin bu zamanlarında gündüzləri havanın istiliyi donma dərəcəsindən yuxarı dərəcəyə çıxa bilirdi,ancaq gecələri bizi öldürməyə kifayət qədər soyuq olurdu. Ayrıca artıq açıq yamaclarda sığınacaq bir yer tapmayacağımızı da bilirdik. Uzun gecələri donmadan keçirmənin bir yolunu tapmalı idik və təyyarənin quyruq hissəsindən tapdığımız izolyasiya materialları bizə həll yolunu göstərdi . səfər haqqında fikirlərimizi paylaşarkən bu izolyasiya parçalarını bir-birinə tikərək böyük ilıq bir ədyal edə biləcəyimizi gördük və sonra da bu ədyala ikiyə qatlayıb kənarlarını tikdiyimizdə, üç adamın içinə girib soyuqdan özümüzü qoruya biləcəyimizi başa düşdük. Üç adamın bədən istiliyi və izolyator vəsaitin köməyiylə ən soyuq gecələrin belə öhdəsindən gələ biləcəkdi.” Yuxu döşəyinin qoyulması başa çatmasından və digər sağ qalmış Nuna Turkattinin xəstəlikdən ölməsindən sonra nəhayət tərəddüdlü Canessa getməyi qəti şəkildə qərara aldı və üç nəfər 12 dekabrda dağlara tərəf yollandılar.

Uruqvay Hava qüvvələri Uçuş 571-in qəzasından 45 (40 sərnişin və 5 işçi(5-i də həyatını itirdi)) nəfərdən 16 nəfər sağ qala bildi. Tarixdə bu hadisə Andes hadisəsi və ya Uçuş 571 kimi xatırlanır.

2017-01-11_122813

Xilas olan 16 nəfər:
José Pedro Algorta, 21
Roberto Canessa, 19
Alfredo “Pancho” Delgado, 24
Daniel Fernandez, 26
Roberto “Bobby” François, 20
Roy Harley, 20
José Luis “Coche” Inciarte, 24
Alvaro Mangino, 19
Javier Methol, 38
Carlos “Carlitos” Páez, 18
Nando Parrado, 22
Ramon “Moncho” Sabella, 21
Adolfo “Fito” Strauch, 24
Eduardo Strauch, 25
Antonio “Tintin” Vizíntin, 19
Gustavo Zerbino, 19

Həyatlarını itirən 29 nəfər

Francisco “Panchito” Abal, 21
Gaston Costemalle, 23
Rafael Echavarren, 22
Albay Julio César Ferradás, 39, Pilot
José Guido Magri, 23
Alexis “Alejo” Hounié, 20
Yarbay Dante Lagurara, 41, Yardımcı pilot
Filipe Maquirriain, 22
Mrs. Graciela Mariani, 43
Julio Martínez Lamas, 24
Teğmen Ramon Martínez, 30, Yönbulucu
Daniel Maspons, 20
Juan Carlos Menéndez, 22
Mrs. Liliana Methol, 34
Mrs. Esther Nicola, 40
Dr. Francisco Nicola, 40
Gustavo “Coco” Nicolich, 20
Arturo Nogueira, 21
Mrs. Eugenia Parrado, 50
Susana “Susy” Parrado, 20
Marcelo Pérez, 25
Enrique Platero, 22
Çavuş Ovidio Ramirez, 26, Kabin görevlisi
Çavuş Carlos Roque, 24, Bakım görevlisi
Daniel Shaw, 24
Diego Storm, 20
Numa Turcatti, 24
Carlos Valeta, 18
Fernando Vasquez, 20

Hadisə haqqında yazılan kitablar:

2006: Parrado, Nando (Vince Rause ile). Miracle in the Andes: 72 Days on the Mountain and My Long Trek Home.
2005: Read, Piers Paul. Alive: Sixteen Men, Seventy-two Days, ve Insurmountable Odds-  The Classic Adventure of Survival in the Andes
1974: Read, Piers Paul. Alive: The Story of the Andes Survivors

Hadisə haqqında çəkilən filmlər:

1976: Survive!

1993: Alive: The Miracle of the Andes

1993: Alive: 20 Years Later (sənədli film)

2007: Stranded: I’ve Come from a Plane that Crashed in the Mountains (sənədli film)

2007: Trapped: Alive in the Andes – National Geographic Channel (sənədli film)

2010: I Am Alive: Surviving the Andes Plane Crash (sənədli film)

 

Paylaş, dostum