Dünyanın ən şivən adamı

Hətta Eyfel qülləsini şikayət edən adam - Jonathan Lee Riches

144

Siz hətta böyük məsələlərə görə də məhkəməyə müraciət etməyə tənbəllik etdiyiniz halda,dünyada hər xırda məsələyə görə polisə şikayət edən bir insan yaşayır. Onun adı Jonahtan Lee Richesdir.

Jonathan Lee Riches dünyada polisə ən çox şikayət etmiş insan kimi tanınır. Bu amerikalı şəxs 2006-2009-cu illər ərzində polisə 2600-dən çox şikayət edib. Ümumilikdə isə müxtəlif səbəblərdən etdiyi 4000-dən artıq rəsmi şikayəti var.

Jonathanın şikayət etdikləri arasında Roma imperiyası,Pluton planeti,Hitlerin “Mənim mübarizəm” kitabı,Eyfel qülləsi,Nostradamus, Amerika donanması, George Bush,Che Guevara, Britney Spears,Skandinaviya Tanrıları,Google və s. şəxslər,qurumlar,tanrılar və əşyalar var.

10125785-1-5efc5db98f5cfd079e732c81c82a1cd4
2009-cu ildə Jonathan bu səbəbdən dünyanın ən çox şikayət edən insanı kimi Ginnesin Rekordlar Kitabına düşür,amma bundan da razı qalmayıb,2010-cu ildə Ginnesin Rekordlar Kitabını da şikayət edir.

O özünü sue-per-man adlandırır. (sue – idda qaldırmaq, məhkəməyə vermək) Hal-hazırda Pennsylvaniada yaşayır.

Albert Eynişeydir | alberteyniseydi.com