Telefonumuzun tutulmasının səbəbləri və bu problemlərin həll yolları

782

Telefon tutulması hər birimizin texnologiya sahəsində ortaq problemlərimizdən biridir. Bu yazıda telefonun tutulma səbəbləri və onun həll yollarına toxunulmuşdur.

– Telefonun başlıca tutulma səbəblərindən biri – onun yaddaşının tam dolu olmasıdır. Telefon yaddaşı dolu olduqda bu, telefonun rahat işləməsini ləngidir. Bu məsələnin həlli üçün boşalda bildiyiniz qədər telefonun yaddaşı boş olmalıdır. Bunun üçün 8 GB boş yerin olması daha yaxşıdır. Əgər yaddaş təmizlənmirsə, USB vasitəsilə kompüterə taxaraq təmizləyin.

– Telefonun mağazasından yükləmələr zamanı daha çox rəsmi proqramlara üstünlük vermək lazımdır. Yüklədiyiniz proqramdan sonra telefonun tutulma halları baş verirsə, həmin proqramı telefondan təmizləyin.

– Əməli yaddaşı (RAM) daim təmizləmək. Bəzən əməli yaddaşı təmizləmək unudulduğundan, bu, telefonun tutulmağına səbəb olur.

– Telefonun enerji səviyyəsinin 50%-dən yuxarı olmasına diqqət edin. Enerji səviyyəsi çox aşığıdırsa, telefonunuzu ən azı 30 dəqiqə enerjiyə taxın.

– Telefona versiya yenilənməsi gəlmişdirsə, telefonu yeniləyin. Yeni versiyada tutulma problemlərinin çoxu aradan qalxır.

– İri həcmli proqramların bir neçəsini eyni anda işlətmək və ya onları açıq saxlamaq telefonun tutulmasına səbəb olur.

– Telefonunuza digər modellərin enerji vasitəsinə taxmayın. Çünki, bu halda telefon rahat işləmir və tutulur.

– Telefonda olan proqramlardan düzgün istifadə etmək lazımdır. Məsələn: işlətdiyimiz proqram cəmi 7 şəkil göndərməyə icazə verirsə, biz bundan artıq göndəririksə, telefon bu halda tutulacaq.

– Suya davamı olmayan telefonların üzərinə su töküldükdə, bəzən özmüz belə bilmədən telefonun tutulmasına səbəb olur. Ümumiyətlə telefonunuzu su və nəmişlik olan yerdə saxlamaqdan çəkinmək lazımdır.

– Telefonu digər modellərin proqramı ilə işlətməyin. Məsələn: digər modelə aid olan tema və ya klaviatura ilə işlədilməsi tutulmaya yol aça bilər.

– Hər hansı bir yerdə rastlaşdığımız reklamları açmaq telefon üçün böyük təhlükədir. Belə ki, həmin reklamların içində ciddi viruslar ola bilər və bu da telefonun rahat işləməsinə maneçilik yaradar.

– İnternetdə olan zaman tutulmalar yaranırsa, mobil datanı və ya wi-fi söndürüb, bir neçə dəqiqə sonra yandırmaq.

Mənbə: deyerler.org