1939-cu il fizikci Leo Szilard daxil olmaqla bir qrup macar alim atom bombası araşdırmaları mövzusunda Washingtonu xəbərdar etdi. Qrup ciddiyə alınmadığı üçün 2 avqust 1939-uncu ildə Albert Einstein nüfuzundan istifadə edib Leo Szilard ilə birlikdə ABŞ prezidenti Rooseveltə məktub yazaraq Almaniyanın atom bombası təhlükəsi ilə bağlı növbəti xəbərdarlığı etdi.
Məktublarda alman alilmlərinin “atom bombası yarışı”nı qazanarsa Hitlerin bu silahı çəkinmədən istifadə etmək üçün olduqca həvəsli olduğu barədə  xəbərdarlıqlar edilmişdi. Məktubda Amerika hökümətinin uraniumun zənginləşdirilməsi araşdırmaları aparması tövsiyyə olunurdu.
albert-einstein-roosevelt-mektup
Prezident Roosevelt Hitlerin daha tez bu silaha sahib olmasını gözə ala bilməzdi. Bu səbəbdən silahın hazırlanması üçün hazırlıqlara başlanıldı. Mailiyyəti 20 milyard dollar olan bu silahın hazırlanması üçün  dünyaca məhşur alimlər toplanıldı. Qrupa və lahiyəyə rəhbərlik etmək üçün Albert Einstein də dəvət olunmuşdu. Einstein bu dəvəti qəbul etmədi. Layihənin elmi-tətqiqat işlərinin rəhbəri Amerika alimi Robert Oppenheimer oldu. Lahiyənin hərbi rəhbəri isə general Leslie R. Groves oldu. Lahiyədə digər məhşur alimlər David Bohm, Leo Szilard, Eugene Wigner, Otto Frisch, Rudolf Peierls, Felix Bloch, Niels Bohr, Emilio Segre, James Franck, Enrico Fermi, Klaus Fuchs və Edward Teller də iştirak edirdi.
Albert Einstein 1954-üncü ildə ölümündən əvvəl  dostu Linus Pauling-ə bunları demişdir: “Həyatımda bir böyük səhv etdim – Prezident Rooseveltə atom bombası tövsiyyəsini etmək. Amma yenə də bir səbəbi vardı: Almanların atom bombasını daha əvvəl icad etməsi təhlükəsi”.
Qeyd:
6 avqust 1945 – Hiroshimaya atılan atom bombası nəticəsində 140 000 insan həlak oldu.
9 avqust 1945 – Nagazakiyə atılan atom bombası nəticəsində 70 000 insan həlak oldu.
2 sentyabr – II Dünya müharibəsi bitdi
II Dünya Müharibəsi – 73 milyon insan öldü: 24 milyon əsgər, 49 milyon sivil
Milyondan çox itgi verən ölkələr:
ABŞ – 0.4 milyon,
Almaniya – 7.1 milyon
Çin – 20 milyon
İndoneziya – 4 milyon
Hindistan – 1.5 milyon
Polşa – 2.5 milyon
Yaponiya – 2.6 milyon
SSRİ – 22 milyon
Nəticə:
72 milyon insanın ölümünə səbəb olduğu Almaniya ordusunun başlatdığı müharibədə əgər atom bombasını alman alimləri daha tez tapsaydı, sizcə nəticə daha dəhşətli olmazmıydı?