Vanga nənənin dedikləri yalan çıxır

Vanga Barack Obamanın ABŞ-ın son prezidenti olacağını demişdi

1745

İkinci Dünya Müharibəsi zamanı Adolf Hitler tərəfindən ziyarət edildiyi deyilən, KGB-nin belə tövsiyyələr aldığı iddia edilən Vanga nənənin proqnozları uydurma çıxmağa başlayır.

Bir zamanlar hamının inandığı Vanganın dediklərinin doğru olub-olmadığını zaman göstərməyə başlayır.

Artıq onun bir çox proqnozu yalan çıxmağa başlayır. 1996-cı ildə vəfat edən görmə qabiliyyətini itirmiş Bolqarıstanın Nastradamusu, ölümündən bir müddət əvvəl 2010-cu ildə 3-cü dünya Müharibəsinin başlayacağını demişdi. Amma, 2016-ci il olsa da hələ də 3-cü Dünya Müharibəsi başlamayıb.

Onun dediklərinə görə, Hindistanın da olduğu 4 Asiya ölkəsinin liderlərinə sui-qəsd olacaq. Bununla da 3-cü Dünya Müharibəsi başlayacaq. Müharibə 2014-cü ilə qədər davam edəcək.

Ən böyük proqnozu gerçəkləşmədiyi üçün Vanganın dediyi digər sözlərin də uydurma olduğunu düşünmək olar.

Onun dediklərinə görə, 2011-ci ildə Müsəlmanlar kimyasal silahlarla bütün Avropanı yox edəcəklərmiş. Lakin görüldüyü kimi, Avropa məhv olmayıb. Müsəlmanlar isə müharibədən qaçaraq Avropaya sığınıb.

Vanganın başqa bir iddiasına görə isə 2043-cü ildə müsəlman bir ölkə Avropanın hakimi olacaq və 2167-ci ildə yeni bir din meydana gələcək.

Vanga həmçinin Barack Obamanın ABŞ-ın son prezidenti olacağını da demişdi. Halbuki, artıq yeni prezident seçilib və onun öz səlahiyyətlərinə başlamasına 1 ay qalıb.

Vanga nənə ya bütün Dünya ilə zarafat edib, ya da illəri qarışdırıb.

Cavid Qurbanov | alberteyniseydi.com

 

Paylaş, dostum