Aforizm aşiqliyi

901

Aforizmlər, zərb məsəllər, qanadlı deyimlər bir çox insanın tez-tez müraciət etdiyi, paylaşdığı, cavab kimi istifadə etdiyi mənbələrdi. Bəziləri bu üsuldan dərin zəkalı görünmək üçün istifadə edirlər. Onlar gerçəkdənmi dərin zəkalıdılar?

Uoterlou universitetinin alimləri bu suala cavab almaq üçün 300 nəfər aforizm sevər insanın iştirakı ilə araşdırma aparıblar. Onlara həqiqi aforizmlər və aforistik şəkildə ifadə olunmuş mənasız cümlələr eyni bir siyahıda qarışıq şəkildə təqdim olundu. İştirakçılar oxuduqları cümlələrin məna yükünü 1-5 şkala üzrə qiymətləndirməli idilər. Müəyyən olundu ki, iştirakçıların bir çoxu mənasız söz yığını olan cümlələrə “4”, “5” yüksək qiymətlər verirlər.

Məsələn bu cür uydurma cümlələri:
– gizli mənalar misilisiz abstrakt gözəllik ehtiva edir;
– biz arzu və istəklərin kəsişməsindəyik;

27 % insan 5 balla qiymətləndirdi.

Sonra bu adamlar fərdi qaydada düşüncə testi edilir. Məlum olur ki, “ağıllı” sitatları yüksək qiymətləndirmiş bu adamlar konspiroloji mövzulara, paranormal təzahürlərə, alternativ tibb və sair bu kimi saxta praktikalara inanmağa meyllidilər.

Müasir dövr insanları Kütləvi İnformasiya Vasitələrində və sosial şəbəkələrdə “ağıllı” məsəllərlə tez-tez rastlaşırlar. İnsanlar adət ediblər ki, belə məsəllər nəsə dərin məzmun kəsb edən şeylər olmalıdı. Ona görə, adəti qayda ilə saxta məsəllərdə də dərin məzmun axtarır və bir çoxları “dərinlik tapırlar”.

Əlaqəli yazılar: Qafiyənin gücü; Doktor Foks effekti

Ruslan Köçərli | alberteyniseydi.com

Paylaş, dostum